Azərbaycanda yayılan qızılca ilə bağlı XƏBƏRDARLIQ: Ən çox bu şəxslər yoluxur - VİDEO 

Azərbaycanda yayılan qızılca ilə bağlı XƏBƏRDARLIQ: Ən çox bu şəxslər yoluxur - VİDEO 

Hazırda oxunan: Azərbaycanda yayılan qızılca ilə bağlı XƏBƏRDARLIQ: Ən çox bu şəxslər yoluxur - VİDEO 

166949

Ölkə ərazisində qızılcaya yoluxma halları müşahidə edilir. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. 

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlama verib. Bildirilib ki, xəstəlikdən əsas qorunma üsulu peyvəndlənmədir. 

TƏBİB rəsmisi bildirib ki, ölkə ərazisində qızılcayla bağlı müraciət edənlərin sayı nəzarət altındadır, kritik həddi keçməyib. Hazırda qızılcaya yoluxanlar arasında məktəb və bağçada oxuyanlar üstünlük təşkil edir.  
Bildirildi ki, hər iki doza peüyvənd almış və ya xəstəliyi keçirmiş şəxslərin yenidən vaksin olunmasına ehtiyac yoxdur. 

Qeyd edək ki, qızılca xəstəliyinə qarşı peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Hazırda ölkəmizdə bütün ailə sağlamlıq mərkəzlərində bu peyvənd mövcuddur və ödənişsizdir. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO