Oğuzda qapalı məkanlarda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunub

Oğuzda qapalı məkanlarda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunub

Hazırda oxunan: Oğuzda qapalı məkanlarda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunub

166913

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kafe, restoran və digər qapalı məkanlarda siqaret çəkən şəxslər müəyyən edilib. 

Onlara qanunvericiliyin tələbləri izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO