"Türkiyə Respublikasının hörmətli Prezidentinin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.
“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq bilən Prezidentimizə təşəkkürümü bildirirəm”, - deyə səfir vurğulayıb.
Xatırladaq ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.
Bizim.Media
Sayın Cumhurbaşkanımızın tensipleri ile Türkiye Maarif Vakfı Mütevelli Heyeti Daimi Üyeliği görevinden dost ve kardeş ülke Azerbaycan’ın Başkenti Bakü’ye Büyükelçi olarak atandım.
— Cahit Bağcı (@CahitBagci) April 2, 2021
Bizi bu onurlu ve şerefli görevlere layık gören Sayın Cumhurbaşkanımıza şükranlarımı arz ederim.+