Yuxudan erkən oyana bilməməyimizə səbəb NƏDİR? – Professordan AÇIQLAMA 

Yuxudan erkən oyana bilməməyimizə səbəb NƏDİR? – Professordan AÇIQLAMA 

Hazırda oxunan: Yuxudan erkən oyana bilməməyimizə səbəb NƏDİR? – Professordan AÇIQLAMA 

166706

Dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir. Gündəlik həyatımızda çətinlik çəkdiyimiz problemlərdən biri də yuxudan erkən oyana bilməməyimizdir. Bu, bizə müəyyən qədər mənfi təsir göstərir. 

Bəs, səhərlər enerjili oyana bilməməyimizin səbəbi nədir?

Tibbi elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, bunun əsas səbəbi vərdişlə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Bunun müxtəlif səbəbləri ola bilər. Yaşlı adamlar səhərlər durmağa vərdiş ediblər və həmin rejimlə də yaşayırlar. İndiki gənclərin çoxusu isə gecələr sosial şəbəkələrdə vaxt keçirir və gec yatırlar. Bu, kütləvi bir haldır. 

İkincisi isə gənclərdə D vitamini çatışmazlığı var. D vitaminin çatışmazlığı isə gənclərin fiziki işlə məşğul olmaması, günəş şüasını az qəbul etməsinə görədir. 

Bu isə insanda yorğunluq yaradır. 

Eyni zamanda insanlarda immun sistemi koronavirus pandemiyasından sonra zəifləyib. Lakin dediyim kimi, yaşlılara nisbətdə gənclərin yuxudan gec oyanması əsasən ənənə və vərdişə bağlı bir şeydir”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO