Azərbaycanda övladlığa verilən uşaqların SAYI 

Azərbaycanda övladlığa verilən uşaqların SAYI 

Hazırda oxunan: Azərbaycanda övladlığa verilən uşaqların SAYI 

166704

"Səlahiyyətlər nazirliyə verildiyi tarixdən indiyədək 484 uşaq övladlığa verilib. Himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş, öz ailəsində qalması mümkün olmayan uşaqların qısa və uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla, müqavilə əsasında ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ proqramdır. Himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli deyib.  

“Zərurət olmadan uşaqların müəssisəyə düşməsinin qarşısını almaq məqsədilə Ailə Məcəlləsinin 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, nazirlik valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumat əldə etdikdən sonra onların ilkin qiymətləndirilməsini həyata keçirir”,- deyə o bildirib. 
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO