Cenevrəyə işçi səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:59 / 31.10.2020
C.Bayramov Cenevrədə BQXK-nın baş direktoru ilə görüşdü
Hazırda oxunan: C.Bayramov Cenevrədə BQXK-nın baş direktoru ilə görüşdü
Hazırda oxunan: C.Bayramov Cenevrədə BQXK-nın baş direktoru ilə görüşdü
1667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.