Hava anomaliyalarının insan sağlamlığında yaratdığı FƏSADLAR – Ekspertdən HƏYƏCAN TƏBİLİ 

Hava anomaliyalarının insan sağlamlığında yaratdığı FƏSADLAR – Ekspertdən HƏYƏCAN TƏBİLİ 

Hazırda oxunan: Hava anomaliyalarının insan sağlamlığında yaratdığı FƏSADLAR – Ekspertdən HƏYƏCAN TƏBİLİ 

166341

“Noyabrın ötən 25 günündə temperatur iqlim normasından 7.5 dərərəcəyədək yüksək olub”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O qeyd edib ki, noyabr ayı bir çox ölkələrdə hava anomaliyaları ilə zəngin olub. 

Bu anomaliyalar niyə artıb?

Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət ALDI 


Ekoloq Ənvər Əliyev bildirib ki, iqlim dəyişiklikləri 1 saatın, 1 günün, 1 ilin hadisəsi deyil:

“Bu proses yüz min illərin nəticəsidir. Əsas şimaldan gələn hava axınıdır. Cənub axınları quraqlıq və isti gətirir. Azərbaycan ərazisində 4 istiqamətdən 8 tip hava kütləsi daxil olur. Bakı kimi şəhərlə bağlı 1 həftə və ya 1 ay öncə fikir demək falçılıqdır. Hava anomaliyaları insan sağlamlığına öz təsirini göstərir. Məsələn, Cənub axınlarında oksigenin həll olunması prosesi zəif gedir. Bu axınlarda rütubət həddindən artıq çox olur. Havada nəmlik nə qədər çoxdursa, oksigenin faizi azalır. 

Şimal axınlarından gələn hava kütləsi isə mülayimdir. Şimal axını insan yaşayışı üçün ən gözəl hava kütləsidir. Bu hava axınında oksigen bol, havanın temperaturu və rütubət isə az olur. Azərbaycan subtropik və mülayim qurşağın toxunma nöqtəsində yerləşir. Ona görə də hava anomaliyalarının olması normaldır”. 

Bəs görəsən, hava anomaliyalarının insan sağlamlığı üçün bir zərəri varmı?

Professor Adil Qeybulla isə hava anomaliyalarının insan sağlamlığına zərərləri barədə danışıb: 

“Yer kürəsində gedən proseslər, müxtəlif faydalı qazıntıların çıxarılması, aktiv hərəkətlər, müharibələr və s. Yerin orbitinə öz təsirini göstərməkdədir. Biz tədricən müəyyən prosesləri hiss etməliyik. Yer üzərində qlobal istiləşmə buzlaqların əriməsi ilə müşayiət olunur ki, bu da çox təhlükəli nəticələrə gətirib çıxara bilər. 

Qlobal istiləşmə özü ayrı-ayrı virusların, mikroorqanizmlərin fəallaşmasına səbəb olur. Təbiət hadisələri canlı aləm ilə sıx bağlıdır. Məsələn, Bakıda illər öncə bu aylarda qar olardı, havalar isə çox soyuq keçərdi. Amma biz indi başqa mənzərəni görürük.

Bu proseslər insanların immun sisteminə birbaşa təsir edir. Müxtəlif virusların fəallaşması, hava anomaliyalarına görə, paltarların düzgün seçilməməsi xəstəliklərə səbəb olur.

Ancaq fikrimcə, insanların iqlim dəyişikliklərinə adaptasiyası heyvanlardan daha yüksəkdir. Hava anomaliyaları müxtəlif bitki növlərinin də sıradan çıxmasına səbəb olur. Biz Yer kürəsini qorumaq üçün addımlar atmalıyıq. İnsanların sayının artması, flora və faunanın məhv edilməsi ciddi problemlərə gətirib çıxaracaq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO