Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqları veriləcək

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqları veriləcək

Hazırda oxunan: Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqları veriləcək

166303

İşğaldan azad edilmiş kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılacaq, böyük məktəblər, xəstəxanalar tikiləcək.

Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO