"Davam" Sağlam Ailə Tibb Mərkəzi ilə saziş imzaladı - FOTOLAR

Hazırda oxunan: "Davam" Sağlam Ailə Tibb Mərkəzi ilə saziş imzaladı - FOTOLAR

16618

1 aprel 2021-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzi və "Davam" Gənclər Hərəkatı arasında əməkdaşlıq sazişi imzalanıb.

Bizim.Media xəbər verir ki, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli tərəfindən imzalanan saziş əsasında hərəkatın üzvü olan gənclərin inkişafı və maariflənməsi istiqamətində müxtəlif layihələr həyata keçiriləcək.

Görüş zamanı "Davam" Gənclər Hərəkatının sədri hərəkat haqqında danışaraq qeyd edib ki, hərəkat yeni olmasına baxmayaraq, üç minə yaxın gənci öz ətrafında birləşdirərək onların inkişafı üçün gözəl imkanlar yarada bilib.

Bu imkanlar çərçivəsində gənclər həm öz asudə vaxtlarını səmərəli dəyərləndirir, həm də maraqları olan sahələr üzrə maariflənərək ideoloji sağlam gənclik kimi yetişirlər. 

Öz növbəsində çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli bildirib ki, fəaliyyət göstərdiyi 18 il ərzində daima gənclərin inkişafına, sağlamlığına və maariflənməsinə xüsusi diqqət ayıran Sağlam Ailə Tibb Mərkəzi bu dəfə də öz növbəsində "Sağlam gənclik, sağlam gələcək" şüarı ilə davamçı gənclərlə müxtəlif mövzulu görüşlər təşkil edəcək və onlar üçün xüsusi imkanlar yaradacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO