Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu oyununda “Qəbələ” “Turan Tovuz”u qəbul edib.
Meydan sahibləri bu matçda darmadağına seviniblər.
İlk oyun günündə “Sabah” “Qarabağ”a 1:2 hesabıyla uduzub. Bu gün keçirilmiş “Səbail” – “Kəpəz” matçı isə qolsuz bitib. “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları sabah baş tutacaq.
Misli Premyer Liqası
14-cü tur
25 noyabr
“Qəbələ” – “Turan Tovuz” 4:0
Qollar: Bilel Auaşeriya, 42; 49; 85. Samuel Tetteh, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00.
Rəşad Rafiqoğlu, Bizim.Media