Bakının Binəqədi rayonunda baş verən yanğına 15 texnika cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov hadisə yerində jurnalistlərə açıqlaması zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
“Azadlıq Prospekti” metrosu yaxınlığında ticarət obyekti YANIR - VİDEO
O bildirib ki, hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb:
"Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Hadisə zamanı xəsarət alan olmayıb".
Bizim.Media