BİZİM TƏQVİM: 24 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 24 noyabrda baş vermiş tarixi hadisələr

165801

17 noyabr 1988-ci ildə Azadlıq meydanında başlanan mitinqləri dağıtmaq və qarşısını almaq məqsədi ilə noyabrın 24 Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.

Bəs, noyabrın 24-də dünyada daha nələr olub?

1. Holland dəniz səyyahı Abel Tasman 1642-ci ilin bu günü Avstraliyanın cənub-şərq sahilində ada kəşf etdi. Sonralar həmin ada səyyahın şərəfinə Tasmaniya adlandırıldı.

2. 1859-cu ilin 24 noyabrında ingilis alimi Çarlz Darvinin elm dünyası ilə dini qurumları qarşı-qarşıya qoyan, sərt mübahisə və müzakirələrə yol açan "Növlərin təsnifatı" kitabı nəşr olundu. Elmi əsərdə "Təkamül nəzəriyyəsi" tezisi ilk dəfə meydana qoyuldu.

3. 24 noyabr 1928-ci ildə Türkiyədə "Milli məktəblərin qurulması haqqında qanun” qəbul edildi. Eyni gün Qazi Mustafa Kamal Paşaya "Baş müəllim" adı ünvanlandı. Onun vəfatının 100-cü ilindən - 1981-ci ildən etibarən 24 noyabr Türkiyədə Müəllimlər Günü olaraq qeyd edilir.

4. 1934-cü ilin bu günü Qazi Mustafa Kamal Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna əsasən Atatürk soyadını götürdü. Eyni zamanda, Atatürk soyadının yalnız Mustafa Kamal Paşa tərəfindən istifadə edilməsinə icazə verildi.

5. 24 noyabr 1934-cü ildə Azərbaycan Dövlət Teatr Muzeyi açılıb. Hazırda muzeyin kolleksiyası 130 min eksponatdan ibarətdir.

6. 24 noyabr 1976-cı ildə Türkiyənin Van rayonu və ətrafını titrədən, 7,2 bal gücündə zəlzələ baş verdi ki, bu zaman 3840 nəfər həyatını itirdi.

7. 1989-cu il noyabrın 24-də PKK terrorçuları Türkiyənin Hakkari rayonunun İkiyaka kəndində qırğın törətdi: çoxu uşaq və qadın olmaqla 28 türk vətəndaşını öldürdülər.

8. Noyabr 1992-ci ildə ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na Azərbaycanın əleyhinə olan 907-ci düzəliş qəbul edib.

9. 24 noyabr 2006-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının - ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

10. 24 noyabr 2015-ci ildə Türkiyə-Rusiya əlaqələrində yaxın tarixin ən böyük böhranı yaşandı. Suriyanın Lazkiye şəhərindən havaya qalxan, Rusiya Hava Qüvvələrinə aid “SU-24” tipli döyüş təyyarəsi Türkiyənin hava sahəsini pozduğu üçün ölkənin “F-16” hərbi təyyarələri tərəfindən vuruldu.

11. 2017-ci il noyabrın 24-də Misirin əl-Ariş şəhərində bir məscidə “Əl-Qaidə” terrorçuları silahlı hücum təşkil etdi: 305 nəfər həyatını itirdi, 100-dən çox adam yaralandı.

24 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın tanınmış sərkərdələrindən olan Aleksandr Suvorov 1730-cu ilin bu günü anadan olub. 18 yaşından (1748) hərbi xidmətə başlayan Suvorova ən böyük şöhrəti məşhur “Alp yürüşü” gətirib. Aleksandr Suvorov 7 illik müharibədə də iştirak edib. Finlandiya, Polşa və Ukraynada rus qoşunlarının komandanı olub (1730-1800).

2. Məşhur Amerika natiqi Deyl Karnegi 1888-ci ilin 24 noyabrında dünyaya gəlib. Hələ məktəb və kollecdə oxuyarkən müxtəlif disputlarda fəal iştirak edən Deyl kolleci bitirdikdən sonra bir müddət satıcı işləyib, daha sonra bəlağət və səhnə ustalığından dərs deməyə başlayıb. Məşhurlaşdıqdan sonra - 36 yaşında (1926) o, mühazirələrini “Danışmaq bacarığı: biznesmenlər üçün təcrübə kursu” adlı kitabda cəmləşdirib (1888-1955).

3. 24 noyabr 1906-cı ildə ədəbiyyatşünas Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 – 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.

4. Tanınmış Azərbaycan rəssamı Vəcihə Səmədova 1924-cü ilin bu günü dünyaya gəlib. O, əsasən portret, mənzərə və tematik tablolar ustası kimi tanınıb. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu Vəcihə Səmədovanın adını daşıyır. (1924-1965)

5. Tanzaniyada cənubi azərbaycanlı və fars ailəsində doğulmuş, İngiltərədə məşhur “Quenn” qrupunun dünyaşöhrətli solisti, əsl adı Fərrux Bulsara olan Fredi Merkuri (Freddy Mercury) 1991-ci ilin 24 noyabrında 45 yaşında həyatla əbədi vidalaşıb.

6. 1991-ci ildə əslən Cənubi Azərbaycandan olan məşhur Britaniya rok müğənnisi, “Queen” qrupunun lideri Fredi Merkyuri (Fərrux Balsara) vəfat edib (1946-1991).

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO