“Qırmızı Körpü” yaxınlığında yeni gömrük terminalı yaradılacaq

“Qırmızı Körpü” yaxınlığında yeni gömrük terminalı yaradılacaq

Hazırda oxunan: “Qırmızı Körpü” yaxınlığında yeni gömrük terminalı yaradılacaq

165792

Qırmızı Körpü”, “Mazımqara”, “Samur”, “Biləsuvar”, “Astara” və “Şirvanlı” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastruktur təkmilləşdiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib. 

Fəaliyyət Planına əsasən, “Qırmızı Körpü”, “Samur”, “Mazımqara”, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və “Qırmızı Körpü” və “Samur” gömrük postlarının yaxınlığında yeni gömrük terminalları (ticarətin asanlaşdırılması mərkəzləri) inşa ediləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO