Zaqatalada tibb məntəqəsi QƏZALI DURUMDA – 10 min sakini olan KƏNDDƏN ŞİKAYƏT – FOTO 

Zaqatalada tibb məntəqəsi QƏZALI DURUMDA – 10 min sakini olan KƏNDDƏN ŞİKAYƏT – FOTO 

Hazırda oxunan: Zaqatalada tibb məntəqəsi QƏZALI DURUMDA – 10 min sakini olan KƏNDDƏN ŞİKAYƏT – FOTO 

165625

Zaqatalanın ən iri yaşayış məntəqələrindən olan Muxax kənd həkim məntəqəsi 2012-2014-cü illərdə baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Ötən əsrin 60-cı illərində əsası qoyulan tibb məntəqəsi əsaslı təmir üçün sakinlərin müraciətindən sonra Dövlət Proqramına salınıb.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan kənd sakini Məmmədəmin Əliyevin sözlərinə görə 75 çarpayısı olan tibb məntəqəsi 90-cı illərə kimi 10 min əhaliyə xidmət edib. 

O, qeyd edib ki, bu məntəqə vaxtilə ətraf kəndlərin Çardaxlar, Sabunçu, Çimcimax, Mamrux, Gözbarax sakinlərinə də tibbi xidmət göstərib:


“Apteki belə olmayan həkim məntəqəsində indi heç bir şərait yoxdur. Yeri gəlmişkən tək Muxaxda deyil eləcə də digər kəndlərdə də aptek yoxdur”.  

Qeyd edək ki, həkim məntəqəsinin müdiri Sədi Məhərrəmov uzun illərdir bu müəssisəyə rəhbərlik edir və on min əhalinin tək həkimidir. 

Həyat və iş təcrübəsinə əsaslanan Sədi Məhərrov isə mövcud olan əmlakın qoruyub saxlamağın çətin olduğunu bildirib. 


Buna baxmayaraq Muxax kənd sakinlərinin sağlamlığının keşiyində dayanmağa çalışdığını dilə gətirib. 

Muxax sakinlərinin qəzalı və şəraitsiz məntəqə ilə bağlı gileyini TƏBİB-in və Zaqatala Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin diqqətinə çatdırdıq. Mərkəzi xəstəxanadan bildirilib ki, Muxax kənd həkim məntəqəsinin qəzalı olmasından xəbərdardırlar və bununla əlaqədar aidiyyətı qurumlara müraciət olunub.

Qeyd olunub ki, sözügedən tibb müəssisəsində bir ailə həkimi-terapevt, 21 orta tibbi işçisi, iki mama, iki feldşer və iki texniki işçi fəaliyyət göstərir. 


Xəstəxana rəhbərliyi kənd həkim məntəqəsinin əsaslı təmirinin TƏBİB-in nəzarətində olduğunu vurğulayıb.   

Ümid edirik ki, qəzalı tibb məntəqəsi tezliklə yenisi ilə əvəzlənəcək.  










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO