Millidən ayrılmağı De Byazinin özü istədi - AFFA-nın Baş katibi 

Millidən ayrılmağı De Byazinin özü istədi - AFFA-nın Baş katibi 

Hazırda oxunan: Millidən ayrılmağı De Byazinin özü istədi - AFFA-nın Baş katibi 

165582

“Gündəlikdə bir məsələ var idi. Canni De Byazinin hesabatının dinlənilməsi və gələcək taleyi ilə bağlı müzakirənin aparılması...”.

Bizim.Media xəbər verir ki, bu sözləri AFFA-nın Baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Canni De Byazi Azərbaycan millisindən AYRILDI 


Sərxan Hacıyev millidən ayrılmaq barədə qərarın De Byazi tərəfindən verildiyini qeyd edib:

“De Byazi iclasda iştirak etdi və qısa olaraq nəticələr barədə müəyyən məlumat verdi. Ondan sonra bildirdi ki, Azərbaycanda fəaliyyətini dayandırır və müqavilənin uzadılmamasını xahiş edir. De Byazi dinlənildi və AFFA İcraiyyə Komitəsində müzakirə aparıldı. Son üç ildə onun vaxtında millinin nəticələri də nəzərə alındı. Ümumi məsələlər də müzakirə olundu və İcraiyyə Komitəsinin üzvləri tərəfindən də belə qənaətə gəlindi ki, müqavilə uzadılmasın”.

Sərxan Hacıyev millinin yeni baş məşqçisinin müəyyən olunması ilə bağlı bildirib ki, xüsusi işçi qrup yaradılacaq, orada İcraiyyə Komitəsinin müəyyən üzvləri təmsil olunacaq:

“Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrup tərəfindən baş məşqçi postuna təkliflər verilsin. Əlbəttə ki, detallı şəkildə hər bir amil nəzərə alınaraq, analiz olunacaq. Ondan sonra təkliflər İcraiyyə Komitəsində yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək”.

O, iclasda millinin baş məşqçisinin yerli mütəxəssis olması məsələsinin də müzakirə edildiyini deyib:

“İclasda bu barədə də fikir mübadiləsi aparıldı, İcraiyyə Komitəsinin üzvləri tərəfindən müxtəlif fikirlər səsləndirildi”.

Sərxan Hacıyev baş məşqçi məsələsinin yaxın bir-iki ay ərzində həllini tapa biləcəyini söyləyib.

Baş katib millinin baş məşqçisi postuna yerli mütəxəssisin təyin edilmə ehtimalının az olmadığını da vurğulayıb.

Sərxan Hacıyev De Byazinin jurnalistlərin ünvanına səsləndirdiyi fikirlərin İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildiyini də deyib.

İcraiyyə Komitəsinin De Byazinin üç ildə yığmanın inkişaf etməsi barədə fikirləri ilə razılaşmadığını diqqətə çatdıran Baş katib əlavə edib ki, İcraiyyə Komitəsi müqavilənin uzadılmamasına qərar verəndə, millinin De Byazinin rəhbərliyi altında göstərdiyi nəticələr də nəzərə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO