ABŞ-ın Cənubi Qafqaz planının İFŞASI – Ermənistan savaş meydanına ÇEVRİLƏCƏK

ABŞ-ın Cənubi Qafqaz planının İFŞASI – Ermənistan savaş meydanına ÇEVRİLƏCƏK

Hazırda oxunan: ABŞ-ın Cənubi Qafqaz planının İFŞASI – Ermənistan savaş meydanına ÇEVRİLƏCƏK

165577

“ABŞ Senatı daim haqsızlığın, ədalətsizliyin əsas qalalarından biri olub”

Politoloq Tural İsmayılov sözügedən mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı Ukraynanın aqibəti GÖZLƏYİR...


O bildirib ki, ABŞ Senatı daim haqsızlığın, ədalətsizliyin əsas qalalarından biri olub: 

“Azərbaycan əleyhinə çirkab kampaniyasının arxasında daim ABŞ ilə bağlı qüvvələr dayanıb. Məhz ABŞ Senatının qanunsuzluqlarının fonunda təkcə Cənubi Qafqaz regionu yox, dünyanın bir çox coğrafiyalarında əskikliklər və ədalətsizliklər ön plana çıxıb”. 

T.İsmayılov vurğulayıb ki, ABŞ-ın istismarçı siyasətinin qarşısında regional əməkdaşlıqlar böyük bir əngəl kimi görünür: 

“Çünki ABŞ başa düşür ki, Qafqaz və digər regionlarda formalaşan platformalar gələcəkdə Ağ Evin həmin ölkələrə qarşı həyata keçirə biləcəyi hansısa bir imperialist hücum vahid müqavimətlə qarşılaşa bilər.

Ona görə də ABŞ Qafqazda əməkdaşlıq istəmir və bunu mənafelərinə təhdid kimi görür”. 

Politoloq vurğulayıb ki, digər tərəfdən Avraopa İttifaqı ABŞ-ın bu siyasətini dəstəkləyərək Ermənistandakı missiyasını gücləndirir:

“Bu missiyanın gücləndirilməsinin səbəbi də Ermənistan ərazisində ikinci Ukrayna müharibəsi və yeni “Maydan planı”nı həyata keçirməkdir. Birinci səfər müddətli, ikinci səfər isə müddətsiz şəkildə gələn Avropa İttifaqının Müşahidə Missiyasının konkret fəaliyyət mandatının nədən ibarət olduğu hələ heç kəsə tam bəlli deyil. Bu cür təşkilatların hər gün Ermənistan ərazilərində yeni ofisləri açılır.

Eyni zamanda, indiyədək Avropa İttifaqı Şurasının rəhbərliyi və moderatorluğu ilə keçirilən Brüssel formatlarında əldə olunan razılaşmalar və Brüssel bəyanatları ilə bağlı Ermənistan tərəfindən qədər faktiki olaraq praktiki addımlar atılmayıb. 

Situasiya belə olduğu təqdirdə Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın birmənalı ermənipərəst siyasət yürütməsi Ermənistanı növbəti dəfə hərbi ekskalasiyaya təhrik edir. Həmçinin Ermənistanın Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəliklərindən boyun qaçırmağına səbəb olur” . 
Son olaraq politoloq qeyd edib ki, İrəvanın əsas məqsədi mümkün qədər Qərbin Ermənistandakı mövcudluğunu hər bir sahədə dərinləşdirmək və daha sonra isə bundan istifadə edərək bölgədə yeni gərginlik ocaqları yaratmaqdır”.

Məhərrəm Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO