Prezidentin köməkçisi: Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik

Prezidentin köməkçisi: Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik

Hazırda oxunan: Prezidentin köməkçisi: Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik

165378

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası istiqamətində artıq İranla ilkin təmaslara başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Ermənistan anlamalıdır ki, sülhün kökləri regiondadır”


Prezidentin köməkçisi qeyd edib ki, bu istiqamətdə səlahiyyətli nazirlər tərəfindən işlər aparılmaqdadır:

“Yəni, praktiki iş başlayıb. Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, Orta Dəhlizdə yeni imkanlar yaranır və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO