Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq beton maneələrə çırpılıb.
Nəticədə avtomobilə ciddi ziyan dəyib, deformasiyaya uğrayıb.
Qəzanın baş verdiyi Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu