İsrailin Azərbaycandakı səfirliyinə iranəsilli silahlı şəxsin hücumunun qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Təhlükəsizliyi Xidməti Bakıda terror aktının QARŞISINI ALDI
Bildirilib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hücumun qarşısını vaxtında almağı bacarıb:
"Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərk-silah edib".
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi İsrail səfirliyinə hücumda təqsirləndirilən M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bizim.Media