Füzuli şəhərində ilk dəfə əmək yarmarkası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO

Füzuli şəhərində ilk dəfə əmək yarmarkası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Füzuli şəhərində ilk dəfə əmək yarmarkası KEÇİRİLDİ - YENİLƏNİB/FOTO

164777

İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış proqramı üzrə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri davam etdirilir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Qarabağda ilk əmək yarmarkası keçirilib. 

Bizim.Media xəbər verir ki, Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil olunub. 

Dövlət və özəl sektordan olan və Füzulidə fəaliyyət göstərən 20 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib. 
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. 

Bundan başqa, yarmarkada iştirakçılara Agentliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri və müraciət prosedurları ilə bağlı məlumat verilib. 

Daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib. 

Görüşdə ilk olaraq işəgötürənlərə Agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, icra olunan layihələr və Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, uyğun şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlb edilmələrinə başlanılıb.

Görülən işlərin nəticəsi olaraq artıq 73 nəfər münasib işlərlə təmin edilib, 20 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb olunub. Hazırda daha 150-dək sakinin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır. 
Görüşdə, həmçinin Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərə köçürülən şəxslərin məşğulluqlarının təmin olunması üçün əməkdaşlıq istiqamətləri müzakirə edilib, işəgötürənlərin tələbləri öyrənilib. 
 
*** 11:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində Əmək yarmarkası təşkil olunub. Bu, işğaldan azad edilən ərazilərdə keçirilən ilk Əmək yarmarkasıdır. 

Bizim.Media xəbər verir ki, yarmarkada işğaldan azad olunan ərazilərdə 20 müəssisə üzrə 200-ə yaxın vakansiya təklif olunur. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO