Qüsurlu reytinq yoxsa ictimai maraq - CBC və İdman TV niyə Top-suz qaldı?

Qüsurlu reytinq yoxsa ictimai maraq - CBC və İdman TV niyə Top-suz qaldı?

Hazırda oxunan: Qüsurlu reytinq yoxsa ictimai maraq - CBC və İdman TV niyə Top-suz qaldı?

16475

Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə isə reytinq savaşı “Youtube” video platforması üzərindən daha da alovlanıb.

 Artıq izləyici televiziyanın təklif etdiyi kontenti yox, öz istəyinə uyğun mövzuları seçir. Texnoloji yeniliklər bütün mənada televiziyanı 1-0 qabaqlayıb.  

Əslində yerli telekanallar öz tamaşaçılarını çoxdan itiriblər.

“Televizora baxmıram”, “evimdə antenam yoxdur”, “yerli kanallar maraqsızdır” deyənlər isə elə bu reytinqi formalaşdıranlardır.

Azərbaycanda TV-lərinin  reytinqi hələ də hərbi sirr kimi gizlədilsə də, İnternet və sosial şəbəkələrindən agah olduğumuz rəqəmlər danışır və danışdırır.

İctimai Televiziyanın Sosial Media Direktoru Emin Məmmədzadə facebook şəbəkəsində telekanalların mart ayı üçün “Youtube” reytinqini paylaşıb. “Youtube” video platformasında video kontentləri ilə birinciliyi İTV əlində saxlayır.

Siyahıda ikinci yerdə 9507155 izlənmə ilə ARB TV gəlir. Növbəti yerləri isə müvafiq olaraq Baku.tv, Xəzər tv,  ATV,CVN TV, DALĞA TV, AZTV və REAL TV paylaşır.

Təssüf ki, bu siyahıda Dövlət tərəfindən ayrılan külli miqdarda maliyyə yardımına,maddi-texniki bazasına baxmayaraq CBC VƏ İdman Tv-nin adına rast gəlmirik. Bu isə adı çəkilən kanalların sosial şəbəkələdə səriştəsiz fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, reytinq cədvəli “Feedspy” xidməti tərəfindən hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO