Kişi voleybolçuların Azərbaycan çempionatı başlayıb - FOTO 

Kişi voleybolçuların Azərbaycan çempionatı başlayıb - FOTO 

Hazırda oxunan: Kişi voleybolçuların Azərbaycan çempionatı başlayıb - FOTO 

164719

Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.  

Bizim.Media xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər.  

Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.  

Günün digər qarşılaşması “AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.

Yüksək Liqa 

16 noyabr 

I tur 

“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25) 

“AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16) 





Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO