Bakıda həmyerlisinə - 2009-cu il təvəllüdlü Zəhraya (şərti ad) qarşı cinsi zorakılıq etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Rahimi Mahdiyə hökm oxunub.
Bizim.Media report-a istinadən xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan olunub.
Hökmə əsasən, R.Mahdi 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 1989-cu il təvəllüdlü Rahimi Mahdi cinsi istəyini pozğun formada təmin etmək məqsədi ilə Bakıda kirayə yaşadığı ünvanda uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünün yataq otağında 14 yaşına çatmayan 2009-cu il təvəllüdlü tanışına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Qeyd edək ki, hadisə 2019-cu il iyunun 21-də olub. O, zərərçəkmişin doğmalarının şikayəti əsasında həbs olunub.
R.Mahdiyə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:21 / 16.11.2023
Azyaşlıya qarşı cinsi zorakılıqda təqsirləndirilən Əfqanıstan vətəndaşına hökm oxunub
Hazırda oxunan: Azyaşlıya qarşı cinsi zorakılıqda təqsirləndirilən Əfqanıstan vətəndaşına hökm oxunub
Hazırda oxunan: Azyaşlıya qarşı cinsi zorakılıqda təqsirləndirilən Əfqanıstan vətəndaşına hökm oxunub
164701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.