Daha 25 ailə Zabuxa qayıtdı - FOTO 

Daha 25 ailə Zabuxa qayıtdı - FOTO 

Hazırda oxunan: Daha 25 ailə Zabuxa qayıtdı - FOTO 

164675

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 16-da Laçın rayonunun Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.

Bizim.Media xəbər verir ki, Laçının Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 94 nəfərin yurd həsrəti bitib. 

31 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr sevinc göz yaşlarını saxlaya bilməyiblər. Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər. 

Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. 
Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün lazımi şərait yaradılıb. 








Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO