Sevda Sanaliyeva: “Aliment verməyən ataya kişi kimi baxmıram” - VİDEO 

Sevda Sanaliyeva: “Aliment verməyən ataya kişi kimi baxmıram” - VİDEO 

Hazırda oxunan: Sevda Sanaliyeva: “Aliment verməyən ataya kişi kimi baxmıram” - VİDEO 

164614

“Uzun illərdir ki, həyat yoldaşımdan ayrılmışam. Son 2 ildir ki, aliment alıram. 8000 manat aliment pulu yığılıb. Şəxsi düşüncəm belədir ki, ata mütləq şəkildə aliment ödəməlidir. Çünki əgər uşaqlar anada qalıbsa, deməli, məsuliyyət, xərclər ananın üzərindədir. Ödənilən aliment uşağın nəyinə bəs edir ki? Amma ata ən azından bunu etməlidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu “Günə son” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, keçmiş həyat yoldaşı hər ay 170 manat aliment ödəyir: 

“Ataların aliment ödəməsi ilə araları yoxdur. Keçmiş həyat yoldaşım uşaqlarıma görə 170 manat aliment ödəyir. Biz ayrıldığımız zaman uşaqlarıma baxa biləcək gücdə idim. İstədim ki, o yalnız uşaqlarına atalıq etsin. Əksər kişilərdə elə bir düşüncə var ki, əgər ayrılırlarsa, uşaqlarından da ayrılırlar. Boşananda da elə bilirlər ki, uşaqlarından da boşanırlar. Axı uşaq sənin də, mənim də uşağımızdır. Mən uşaqlarımın atasına çox şans verdim, şərait yaratdım ki, uşaqları ilə görüşə bilsin. Hətta buna görə bir neçə il də səbir etdim. Alınmadıqdan sonra dedim ki, o zaman aliment ödənilsin. Sonra gördüm ki, o aliment çox yığılıb. İstədim, tələb etdim… O da xahiş etdi ki, imkanı yoxdur”. 

Atasız böyüdüyünü deyən Sevda aliment ödəməyən kişilərə kişi kimi baxmadığını söyləyib: 

“Özüm də atasız böyümüşəm. Ona görə də, atasızlığın nə olduğunu çox gözəl anlayıram. Bu səhvi həyatı boyu uşaqlarıma etmərəm. Etmədim və belə olmamağı üçün də bilirəm ki, əlimdən gələnin artığını etdim. Yəni onlar görüşsünlər. Bunu isə yalnız mən tək istəməli deyil, hər iki tərəf istəməlidir. Bu təkcə mənim istəyimlə olan iş deyil. Aliment verməyən kişi, kişi deyil. Bu qədər sərt! Çünki verilməlidir. Evlənəndə, mehribanlıq yaşayanda, uşaq dünyaya gələndə yaxşıdır. Amma alınmayıb ayrılanda uşaq da pisdir ki?”

Sanaliyeva keçmiş həyat yoldaşından ayrılsa da, övladlarına ataları ilə görüşməsinə icazə verdiyini və bu mövzuda heç bir qadağanın olmadığını vurğulayıb: 

“Keçmiş həyat yoldaşım aliment verməmək üçün deyib ki, xəstəyəm. Allah şəfasını versin. Uşaqlarım atalarını sevərək böyüyəcəklər. Çünki onların ataları yaxşıdır və onları da çox sevir. Uşaq ataya qarşı kinlə böyüməməlidir. Nə olursa, olsun… Uşaq böyüyəndən sonra ata pis də, yaxşı da olsa, bunu o özü dərk edəcək. Uşağı elə böyüdəndə psixologiyası pozulur və travmalı böyüyür. İçinə qapanır, həsəd apardığı həmyaşıdları olur. Mən isə öz övladlarıma bunları yaşatmaq istəmirəm. Nə olmağından aslı olmayaraq, ata-bala arasına həyatı boyu girmərəm. Onların görüşməsində heç bir problem yoxdur. Uşaqlarıma ataları ilə bağlı heç bir qadağa da qoymamışam”.

Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO