Suren Surenyants: “Qərb Ermənistan üçün yeni tələlər qurur”

Suren Surenyants: “Qərb Ermənistan üçün yeni tələlər qurur”

Hazırda oxunan: Suren Surenyants: “Qərb Ermənistan üçün yeni tələlər qurur”

164606

“Qərb paytaxtlarından gələn xoş bəyanatlar çoxlarını ruhlandırsa da, mən Ermənistan üçün yeni tələlər görürəm, xüsusən də ölkənin hazırda real müttəfiqləri olmadığı üçün. Təbii ki, realist düşüncənin indi böhran yaşadığını anlayıram, bu günün “qəhrəmanları” müxtəlif çaplı populistlərdir, amma mən real siyasət hesab etdiyim şeylər haqqında danışmağı dayandırmayacağam”. 

Bizim.Media xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants “Facebook” səhifəsində yazıb. 

“Prinsipcə, biz “xilaskarlar”ın axtarışı kompleksindən qurtulmalıyıq. Çünki istənilən geosiyasi mərkəz öz maraqlarını güdür”, - deyə politoloq əlavə edib.  

Surenyants Qərbin Ermənistana dəstək bəyanatlarının arxasında rəsmi İrəvan üçün tələlər qurduğunu da qeyd edib: 

“Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinin açılması Ermənistan üçün ərazi itkiləri və dövlətçilik böhranı ilə nəticələnə bilər. Paşinyan isə belə bir şəraitdə hesablamadan addımlar atır. Ermənistan müharibədə uduzan tərəfdir və oyunu təkrar oynamaq üçün demək olar ki, heç bir resursu yoxdur, biz artıq Qarabağı itirmişik, lakin yeni tələlərdən qaça bilərik”. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO