Zaxarova: “Ermənistana yaxşı məlumdur ki, hansısa eksterritorial dəhlizlərin yaradılması müzakirə olunmayıb” - VİDEO

Zaxarova: “Ermənistana yaxşı məlumdur ki, hansısa eksterritorial dəhlizlərin yaradılması müzakirə olunmayıb” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Ermənistana yaxşı məlumdur ki, hansısa eksterritorial dəhlizlərin yaradılması müzakirə olunmayıb” - VİDEO

164560

“Üçtərəfli İşçi Qrup öz fəaliyyətini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında aparır. Orada qeyd edilib ki, razılaşmalara əsasən, Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən nəqliyyat əlaqələri Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən idarə olunacaq. Məhz bu barədə ötən brifinqdə detallı şəkildə danışılmışdı. Bütün bunlar rəsmi İrəvan üçün yeni xəbər deyil. Xüsusi ilə də, Ermənistan XİN-nin bizim bu şərhimizə şiddətli reaksiyası təəccüb doğurur”.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb. 

“Biz hansısa bir marşrutun yaradılmasının tərəfdarı deyilik, Cənubi Qafqazın iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Biz bunun şəffaf və qarşılıqlı sərfəli şərtlərlə baş verməsinin tərəfdarıyıq”, - deyə Zaxarova qeyd edib. 

XİN sözçüsü bildirib ki, Üçtərəfli İşçi Qrupda ölkələrin öz ərazilərindən keçən nəqliyyat marşrutları üzərində suverenliyə və yurisdiksiyaya malik olması ilə bağlı möhkəm anlayışa nail olunub:

“Heç vaxt hansısa eksterritorial dəhlizlərin yaradılmasından söhbət getməyib. Bu da Ermənistan tərəfinə yaxşı məlumdur”.  
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO