Azərbaycan Kahramanmaraşda tikinti işləri aparacaq - Saziş TƏSDİQLƏNDİ 

Azərbaycan Kahramanmaraşda tikinti işləri aparacaq - Saziş TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Azərbaycan Kahramanmaraşda tikinti işləri aparacaq - Saziş TƏSDİQLƏNDİ 

164466

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib. 

Sazişə əsasən, Azərbaycanın 100 milyon manat sərf edərək binaların, məktəblərin, uşaq baxçalarının və digər infrastrukturun tikilməsi nəzərdə tutulur. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO