İsrail HƏMAS-ı xəstəxanaya yanacaq vermədiyinə görə İTTİHAM ETDİ

İsrail HƏMAS-ı xəstəxanaya yanacaq vermədiyinə görə İTTİHAM ETDİ

Hazırda oxunan: İsrail HƏMAS-ı xəstəxanaya yanacaq vermədiyinə görə İTTİHAM ETDİ

164312

HƏMAS vaxtından əvvəl doğulmuş körpələrin həyatını xilas etmək üçün "Aş-Şifa" xəstəxanasına lazım olan yanacağı vermir.

Bizim.Media xəbər verir ki, bu fikirləri İsrail Müdafiə Qüvvələrinin sözçüsü, polkovnik-leytenant Conatan Konrikus BBC-yə bildirib.

“Biz kömək etdik, xəstəxanaya yanacaq verdik. HƏMAS-ın göstərişi ilə yanacaq əraziyə çatdırılmadı”, - deyə Konrikus bildirib.

Xəstəxana işçiləri isə iddia edirlər ki, israillilər tərəfindən çatdırılan 300 litr yanacağı götürmək üçün binanı tərk etsələr, İsrail ordusunun atəşi altında qalacaqlar.

Conatan Konrikus bu deyilənləri təkzib edib:

“Mən bunu qəti şəkildə inkar edirəm. Əgər bu təhlükəlidirsə, İsrail qüvvələrinin deyil, HƏMAS-ın günahıdır".

Konrikus həmçinin vurğulayıb ki, HƏMAS xəstəxanasının menecerinə yanacağı götürməməyi əmr edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri xəstəxananı 300 litr yanacaqla təmin edib. Lakin "Aş-Şifa"dan bildiriblər ki, xəstəxananın işləməsi üçün saatda 500 litr yanacaq lazımdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO