Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini dekabrın 13-də açıqlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın rəsmi mediası mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur.
Qeyd edək ki, 2020-ci ildə iyul ayında ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb.
Eyni zamanda, hazırkı Prezident Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:05 / 13.11.2023
Rusiyada növbəti prezident seçkiləri nə vaxt keçiriləcək?
Hazırda oxunan: Rusiyada növbəti prezident seçkiləri nə vaxt keçiriləcək?
Hazırda oxunan: Rusiyada növbəti prezident seçkiləri nə vaxt keçiriləcək?
164180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.