Elçin Əmirbəyov: “Paşinyan Fransanın BMT TŞ-dəki statusundan sui-istifadə edir”

Elçin Əmirbəyov: “Paşinyan Fransanın BMT TŞ-dəki statusundan sui-istifadə edir”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Paşinyan Fransanın BMT TŞ-dəki statusundan sui-istifadə edir”

164150

“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Fransa arasındakı münasibətdən, həmçinin onun BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü statusundan sui-istifadə edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “Azadlıq Radiosu”nda (“Radio Free Europe/Radio Liberty”) dərc olunan məqaləsində deyilir.

O qeyd edib ki, Qarabağın Ermənistanın işğalı altında qaldığı son 20 ildən artıq müddətdə Azərbaycanın əsas motivi müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizə olub:

“İndi bu məsələ həll olunub. Tarixi ədaləti bərpa etmişik”.

Onun fikrincə, Ermənistanda revanşist əhvali-ruhiyyə siyasi müxalifətdə daha güclü olsa da, bu ölkənin baş naziri Nikol Paşinyan da belə istiqamətdə fikirləri söyləməkdən çəkinmir: “Ermənistanın revanşizmdən əl çəkdiyini göstərən ilk addım bu olmalıdır: Paşinyan bəyanatlarla deyil, real addımlarla göstərməlidir ki, o, son hərbi eskalasiyanın nəticəsinə mübahisə ediləcək məsələ kimi yanaşmır”.

Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, Azərbaycanla Ermənistan arasında birinci müharibə zamanı 600 mindən çox etnik azərbaycanlı Ermənistanın işğal etdiyi əraziləri tərk etməyə məcbur olub:

“Hazırda Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin geri qayıtmasını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və bərpasına milyardlarla vəsait xərcləyir. Məcburi köçkünlərin geri qayıtması azərbaycanlıları birləşdirən amilə çevrilməlidir”.
“Hesab edirəm ki, indi Azərbaycanın milli ideyası sülhü möhkəmləndirmək, ölkənin bütün ərazilərində həyat tərzini yaxşılaşdırmaqdır. O, müstəqil dövlət olsa da, əvvəllər bütün ərazilərinin inkişafı ilə bağlı imkana malik deyildi. Yəni qarşıdakı onilliklər üçün ən vacib vəzifə azad edilmiş ərazilərə normal həyatın qaytarılması olacaq”, - o, sonda vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO