Azərbaycanın keçmiş Baş naziri vəfat etdi

Azərbaycanın keçmiş Baş naziri vəfat etdi

Hazırda oxunan: Azərbaycanın keçmiş Baş naziri vəfat etdi

164076

Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

Bizim.Media  xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. O, təhsilini davam etdirmək üçün Moskvaya gedib. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olub.

1989-1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO