Yevlaxda 32 yaşlı kişinin güllələndiyi anın görüntüləri yayılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun 1989-cu il təvəllüdlü Saleh Əliyevdən qaçdığı və daha sonra güllələndiyi an əks olunub.
Qeyd edək ki, fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media