Onlayn görüşlərinizi video ilə etməyin - SƏBƏBİ AÇIQLANDI

Onlayn görüşlərinizi video ilə etməyin - SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Onlayn görüşlərinizi video ilə etməyin - SƏBƏBİ AÇIQLANDI

16405

Pandemiya dövründə yaşadığımız üçün həyatımızda bir çox dəyişikliklər oldu. Belə dəyişikliklər sırasında tədbirlər, görüşlər, dərs və konfranslar distant şəkildə icra olundu.

Bizim.Media xəbər verir ki, ölkəmizdə və dünyada bütün görüşlər demək olar ki, ZOOM proqramı vasitəsi ilə  həyata keçirilir.

Lakin Kaliforniya Universitetinin Rabitə Departamentinin alimləri hesab edirlər ki, indiki dövrdə bütün onlayn görüşləri video ilə yox, səsli zəng vasitəsilə aparmaq lazımdır. Çünki video zənglər iş problemlərinin həlli üçün təsirsizdir. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlılar 2020-ci ildə “Google”də nə axtarıblar - Araşdırma


Tədqiqatçılar yaxşı ünsiyyətin qurulmağı üçün proqramın görüntü funkisyasını söndürməyi məsləhət görürlər. 

Tədqiqatçılar vizual olmayan ünsiyyətin  görüntülüdən  daha təsirli olduğunu söyləyirlər.  Çünki video zənglə vacib məsələlərdən danışarkən diqqət yayınır. Bu da müzakirənin müsbət yöndə aparılmasına mənfi təsir edir. 

Həmçinin alimlər vurğulayırlar ki, video konfranslar zamanı sürətli internet lazımdır. İnternetin sürəti az olanda danışıqlar arasında  qırılmalar olur. Zəngdə isə internet nisbətən zəif də ola bilər.

Alimlər bir-birlərindən uzaqda olan 99 cütlüklə 6 mövzunu  müzakirə etmək istəyiblər. İlk 49 cütlüklə səslə, qalan 50 cütlüklə  video vasitəsilə  görüş keçiriblər.

Nəticədə video vasitəsilə görüşlərin diqqəti yayındırdığını aşkar ediblər.  

Yəni video ilə konfrans keçirmək sinxronun ardıcıllığını pozub və kollektiv intellektə maneçilik törədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO