Moskvada həvəskarlar arasında keçirilən oyun zamanı yaşlı xokkeyçi ölüb. İlkin məlumata görə, “Armata” klubunun 61 yaşlı hücumçusu Mixail Yançişin “Favorit”lə oyunda huşunu itirib.
Bizim.Media xəbər verir ki, həkimlər gələnə qədər kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Daha sonra o, reanimasiyaya aparılıb və orada ölüb.
Hazırda həkimlər ölümün səbəbini müəyyənləşdirirlər.
Bizim.Media