Millimizin üzvünün komandası “Qalatasaray”ı məğlub etdi

Millimizin üzvünün komandası “Qalatasaray”ı məğlub etdi

Hazırda oxunan: Millimizin üzvünün komandası “Qalatasaray”ı məğlub etdi

163970

Türkiyə Super Liqasında 12-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

Xallarını 17-yə yüksəldən "Hatayspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO