Dövlətə xəyanətinə görə 12 il həbs cəzası aldı

Dövlətə xəyanətinə görə 12 il həbs cəzası aldı

Hazırda oxunan: Dövlətə xəyanətinə görə 12 il həbs cəzası aldı

16380

Moskva Şəhər Məhkəməsi rusiyalı Sergey Petuşkovu dövlətə xəyanət etdiyinə görə 12 il həbs cəzasına məhkum edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Dövlətə xəyanətdə təqsirləndirilənlərin məhkəməsi başladı


"Məhkəmə ona 12 il müddətinə sərt rejimli koloniyada həbs cəzası təyin edib", deyə məhkəmənin mətbuat xidməti qeyd edib.

Əlavə olaraq, məhkəmə Petuşkova sərbəst buraxıldıqdan sonra iki il azadlığının məhdudlaşdırılması cəzası verib.

Müzakirələr zamanı prokuror Petuşkova 12 il həbs cəzası təyin edilməsini istəyib. Bu, maddənin minimum həddidir, maksimum hədd 20 ildir.

Əlavə informasiya açıqlanmır. Yalnız Petuşkovun rus olduğu bilinir, əks halda ona casusluq ittihamı veriləcəkdi. O, 2019-cu ilin yayında saxlanılıb.

Məhkəmə "çox gizli" qrif altında qapalı keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO