Sərxan Kərəmoğlu: “Səhnədə kişilik yox, sənət nümayiş etdirmək lazımdır” - VİDEO 

Sərxan Kərəmoğlu: “Səhnədə kişilik yox, sənət nümayiş etdirmək lazımdır” - VİDEO 

Hazırda oxunan: Sərxan Kərəmoğlu: “Səhnədə kişilik yox, sənət nümayiş etdirmək lazımdır” - VİDEO 

163745

“Haqqımda sosial şəbəkələrdə xoşaqəlməz sözlər yazırlar. Nə qədər imansız insanlarsınız ki, boşluqdan yazırlar ki, Sərxan Kərəmoğlu qaşını alır. Ay bədbəxt, tük axtarıram ki, qaşıma əkdirim. Əgər qaşım tökülürsə, niyə axı qaşımdan tükü alım?”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və müğənni Sərxan Kərəmoğlu qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.  

Sərxan üzünü kişi həmkarlarına tutub bildirib ki, səhnədə kişilik yox, sənət nümayiş etdirmək lazımdır:  

“O qədət titiz (red. təmizliyinə düşkün) bir insanam ki, əməliyyat olunduğumu mənə baxan insan bilməz. İki dəfə “blefaroplastika” əməliyyatını etdirmişəm. Gözümün üstündə ki, artıq ətləri əməliyyat yolu ilə götürmüşəm. Burnumu bir dəfə “rinoplastika” əməliyyatı etdirmişəm. Bizim xalqımıza canım qurban, amma pafos çoxdur.  

Bəzi kişilərin kişi olmağındansa, olmaması daha məsləhətdir. Elə kişi olmaz, dırnaq, sifət nə gündə... Sifət sallanıb, gözünün altında “torba”lar əmələ gəlib, bu halda kişi efirə çıxır. Olmaz! Belə insanlar əlinə mikrofon alıb, oxumamalıdırlar. Əgər həmin insan düşünürsə ki, bu kişidirdə, efirə gələndə üzünə ənlik sürtməz və s. onları, ümumiyyətlə, efirə çağırmaq lazım deyil. Əgər həmin müğənnin “istifadə müddəti bitibsə” çıxmasın efirə və pul qazanmasın.  
Tamaşaçıdan pul ala bilir, amma efirə lazım olan halda çıxa bilmir? Səhnə kişilik nümayiş etdirmək üçün yox, sənət göstərmək üçündür. Kişiliyi başqa yerdə göstərirlər, səhnədə yox. İstər qadın, istərsə də kişi müğənnisinin əgər üzü-gözü “tökülürsə” efirə çıxmasın”.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO