Tibbi maskalar bizi qoruyurmu yoxsa yoluxmamıza yol açır? – QURD QALMAQALI - VİDEO

Tibbi maskalar bizi qoruyurmu yoxsa yoluxmamıza yol açır? – QURD QALMAQALI - VİDEO

Hazırda oxunan: Tibbi maskalar bizi qoruyurmu yoxsa yoluxmamıza yol açır? – QURD QALMAQALI - VİDEO

16373

Sosial şəbəkələrdə gündəlik istifadə etdiyimiz tibbi maskalarda nano qurdların olması haqqında xəbərlər yayılıb.

Yayılan görüntülərdə maskaların üzərində qurdların peyda olmasını aydın şəkildə müşahidə etmək olar. 

Bunun üçün stəkana qaynar su tökülür, tibbi maska isə stəkanın üzərinə çevrilir. Elə proses də bundan sonra baş verir. Qaynar suyun buxarından qoruyucu vasitənin üzərində qara, nazik qurdlar əmələ gəlir. 

Bu barədə eksperiment keçirən blogerlər, insanları həqiqətən də tibbi maskanın üzərində qurdların əmələ gəlməsinə inandırmağa çalışır.

Yayılan videogörüntülər maskadan istifadə edən insanlar arasında çaşqınlıq yaradıb. Bəziləri bunun reytinq xətrinə qurulan piar, bəziləri isə həqiqət adlandırıb.

Bizim.Media məsələni daha da dərindən araşdırmaq üçün Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə ilə əlaqə saxladıq. Mütəxəssis yayılan videogörüntülərin həqiqətə uyğun olmadığını, tamamilə uydurma bir yalan olduğunu deyib:

 

“Bu, ancaq reytinq xətrinə meydana atılan bir oyundur. Çünki bu insanlar tibbi maskaların hazırlanma texnologiyasını bilmirlər. Proses mürəkkəb mərhələdən keçir. Əvvəl maska hazırlanan parça ultrabənövşəyi şüadan keçirilir.


Daha sonra antiseptik məhlullarla dezinfeksiya olunur. Bu proseslərdən keçdikdən sonra parça maska tikilişi üçün hazır olur. Sizcə, antiseptik maddələrdə dezenfeksiya olunan səthdə hansısa canlı orqanizm sağ qala bilər? Əlbəttə ki, bu mümkün deyil. Bu şəxslərin əsas məqsədi insanlar arasında panika yaratmaqdır”.

İnfeksionist bu canlı orqanizmləri xüsusi qurğusuz gözə görünməsi fikrini də absurd adlandırıb. O, bu cür videoların çox güman ki, proqram vasitəsilə montaj olunduğunu da vurğulayıb.

 

“Əgər bu nano qurdlardırsa onlar çox kiçik, gözəgörünməz olur. Onlar səthdə ancaq laboratoriyalarda, xüsusi böyüdücü qurğular vasitəsilə gözə çarpa bilir. Əgər həqiqətən də maskanın üzərində qurdlar əmələ gəlirsə, bu videonu yayan insanlar onların tibbi dildə adlarını qeyd etsinlər".


"Çünki bildiyimiz kimi, insan orqanizmində də bəzi qurdlar, mikroorqanizmlər mövcuddur. Çox gümanki, görüntülər montaj olunub”.

V.Cavadzadə insanları bu cür qara piarlara aldanmamağa, öz sağlamlıqları üçün tibbi maskadan düzgün istifadə etməyə çağırıb.

Sonda sizə tibbi maskadan düzgün istifadə qaydalarını təqdim edirik:

1. Maskanı geyinmə, daşıma və çıxarma vaxtı vasitənin əl ilə təmasının minimal olmasını təmin etmək.

2. Bütün perimetrləri üzrə maskanı üzə maksimal dərəcədə sıxlaşdırmaq.

3. Vasitənin daşımnması üzrə müddət və şərtlərə riayət etmək:

mürəkkəb epidemioloji vəziyyətlər zamanı maska hər iki saatdan bir dəyişdirilməlidir;

tozlanma şərtlərində dəyişmə, hər 3-4 saatdan bir tələb olunur

adi şərtlərdə vasitənin daşınma müddəti maksimum – 6 saatdır.

4. İstifadə olunmuş maskanı düzgün şəkildə utilizasiya etmək, əlləri sabunla diqqətlə yumaq və ya xüsusi dezinfeksiyaedici vasitələrlə işləmək.

Vüsalə Balayeva, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO