Başda TANAP olmaqla, həyata keçirdiyimiz layihələrlə həm ölkəmizin, həm də bölgəmizin enerji təhlükəsizliyini təmin etmişik.
Bizim.Media xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib. O qeyd edib ki, hazırda Şərq-Qərb Orta Dəhlizinin də əhəmiyyəti artıb:
“Biz onun işlək olmasını inkişaf etdirməliyik. Qarabağın işğalının bitməsi ilə bölgəmizdə daimi sülhə bir addım daha yaxınlaşdığımızı görürük.
Ermənistanın Azərbaycan qarşısında üzərində götürdüyü öhdəlikləri yerinə yetirməsi bu prosesi asanlaşdıracaq. Azərbaycanın Qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın zamanda həyata keçirilməsi son dərəcə vacibdir”.
- A-
- A
- A+
Siyasət
13:21 / 09.11.2023
Ərdoğan: “Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətləri olduqca vacibdir” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətləri olduqca vacibdir” - VİDEO
Hazırda oxunan: Ərdoğan: “Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətləri olduqca vacibdir” - VİDEO
163628
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.