Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır - RƏSMİ

Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır - RƏSMİ

Hazırda oxunan: Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır - RƏSMİ

163276

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndində gömrük məntəqəsinin tikintisi başa çatır.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Ermənistanın Dövlət Gəlirləri Komitəsi yayıb.

"Layihə və hesablama sənədləri ilə nəzərdə tutulmuş işlər başa çatmaq üzrədir. Gömrük nəzarəti üçün zəruri olan bina və tikililər hazırdır. Hazırda daxili dekorasiya, kommunal xətlərin çəkilməsi və abadlıq işləri aparılır.
Gömrük məntəqəsində bir mərtəbəli zalın, yüklərin rəsmiləşdirilməsi üçün iki köşkün, birmərtəbəli gömrük baxışı binasının, dayanacaqların, platformaların, daxili yolların, iki keçid məntəqəsinin, bir mərtəbəli anbarın açılması planlaşdırılır", deyə məlumatda bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO