Şəhid qardaşının oğlunun axtarışına çıxan Tacirə efirdə gözlənilməz xəbər gəldi - VİDEO

Şəhid qardaşının oğlunun axtarışına çıxan Tacirə efirdə gözlənilməz xəbər gəldi - VİDEO

Hazırda oxunan: Şəhid qardaşının oğlunun axtarışına çıxan Tacirə efirdə gözlənilməz xəbər gəldi - VİDEO

163204

Müğənni Tacir Şahmalıoğlu 35 il əvvəl Xocalıda öldürülən qardaşı İntiqamın ailəsinin (həyat yoldaşı və oğlan övladı - red.) axtarışına çıxıb.  

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı "Təsir dairəsi" ictimai-sosial verilişinə gələrək, qardaşı oğlunun tapılmasında ona yardım etmələrini istəyib.  

"Mənim Elmira adlı bacım da qardaşımın ailəsi kimi Xocalıda qalmışdı. Sonra onları erməni əsirlərlə dəyişdilər. Amma qardaşımı ermənilər öldürmüşdülər. Bacımgil gəldilər Ağdama. Lakin qardaşımın həyat yoldaşının sağ yoxsa ölü olmasından xəbərim yoxdur. Bildiyimə görə, qardaşım Şuşalı qızla evlənib. Onların bir oğlan övladı doğulub. Mən qardaşımın həyat yoldaşını görməmişəm, heç adını belə bilmirəm. Biz heç onların toyuna belə gedə bilmədik. Onların yaşadığı yer ermənilərə çox yaxın idi. Hər an onlar ölə bilərdilər. Düşünürəm ki, onlar sağ olsaydılar, məni çoxdan tapmış olardılar", - deyə Tacir vurğulayıb.  

Proqramın gedişatında verilişin aparıcısı Lalə Azərtaş Tacir Şahmalıoğluna xoş xəbər çatdırıb. Verilişin heyyəti aparıcıya müğənninin qardaşı İntiqamın oğlunun fotosunu tapdıqlarını bildiriblər.
Həmin fotonu isə onlar Lalənin telefonuna göndəriblər. Aparıcı həmin saniyə Tacirə qardaşı oğlunun fotosunu göstərib. Lalə oğlanın müğənniyə çox bənzədiyini vurğulayıb. Bu anda isə Tacir Şahmaroğlunun niskildən gözləri dolub.  

Proqramın irəliləyən dəqiqələrində aparıcı Tacirə qardaşı oğlunun adının İntiqam olduğunu söyləyib. Bundan sonra isə müğənni sevincdən göz yaşı axıdıb. Sonda isə Azərtaş Şahmalıoğluna növbəti xoş xəbəri çatdırıb. O bildirib ki, sabahki efirə Tacirin qardaşı oğlu İntiqam gələcək və proqramın canlı yayımında böyük görüş olacaq.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO