Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO

Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO

16296

Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə martın 22-də baş verib.

İ.Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər Zöhrabov İlkin Ramin oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

O, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO