Hidayət Heydərov üçqat Avropa çempionu oldu

Hidayət Heydərov üçqat Avropa çempionu oldu

Hazırda oxunan: Hidayət Heydərov üçqat Avropa çempionu oldu

162935

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib.  

O, ffinalda əsas vaxtda “kata-quruma” ilə “vazari” xalı alıb və rəqibini “osaekomi” saxlayaraq ikinci “vazari”i xalını qazanıb və   təmiz qələbə əldə edib.  Bununla da, Heydərov ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə Avropa çempionu olub. 
Azərbaycan idmançısı bundan əvvəl Abdul Umayevi (Belçika), Marko Xaveri (Polşa), Daniel Zegedi (Macarıstan) və Pedro Pelivanı (Moldova) məğlub etmişdi. 

Qeyd edək ki, H.Heydərov 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medala yiyələnib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO