Millimiz dünya çempionatını medalsız başa vurdu

Millimiz dünya çempionatını medalsız başa vurdu

Hazırda oxunan: Millimiz dünya çempionatını medalsız başa vurdu

162927

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb. 

Bizim.Media xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olub.  

Bu görüşdə Azərbaycan millisi 1:3 hesabı ilə uduzub. 

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu. Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı. Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub - 2:3. 
18:00. Macarıstan - Azərbaycan - 3:1 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO