Tanınmış iqtisadçıdan dünyanı gözləyən su böhranı ilə bağlı XƏBƏRDARLIQ – VİDEO  

Tanınmış iqtisadçıdan dünyanı gözləyən su böhranı ilə bağlı XƏBƏRDARLIQ – VİDEO  

Hazırda oxunan: Tanınmış iqtisadçıdan dünyanı gözləyən su böhranı ilə bağlı XƏBƏRDARLIQ – VİDEO  

162896

"İqlim dəyişikliyi insanların anlaya bilməsi üçün çox mücərrəd anlayışdır. Lakin yaxınlaşan su böhranı hamının razılaşa biləcəyi bir məsələdir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri italiyalı akademik, iqtisadçı Mariana Mazzukato Dünya İqtisadi Forumunda çıxışı zamanı səsləndirib. 

“Qonşularımız nə qədər sağlamdırsa, biz də o qədər sağlamıq. Lakin biz sağlamlıq problemini həll edə bildikmi? Dünyada hamını peyvənd edə bildikmi? Xeyr!”, - deyə Mazzukato qeyd edib. 

İqtisadçı dünyanı gözləyən su böhranının da anonsunu verib: 

“İqlim dəyişikliyi mücərrəd anlayışdır. Bu problemi hər kəs tam başa düşmür. Lakin su problemi hər kəsin anladığı məsələdir. Uşaqlar belə suyun nə qədər vacib olduğunu anlayırlar. Ona görə də su problemini bəşəriyyətin diqqətinə daha rahat çatdırmaq olar.  

Su ehtiyatlarının bölüşdürülməsi qlobal məsələdir. Onun həlli üçün birlikdə işləmək lazım gəlir. Bəs, biz bu istiqamətdə uğur qazana bilərikmi? Ümid edirik ki, başqa məsələlərlə diqqətimizi yayındırmayacağıq. Amma biz istənilən halda bunu edəcəyik”. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO