“Küçəyə atılan uşağın nənəsi “TV”lərdə şou göstərir” – Kəmalə Ağazadə 

“Küçəyə atılan uşağın nənəsi “TV”lərdə şou göstərir” – Kəmalə Ağazadə 

Hazırda oxunan: “Küçəyə atılan uşağın nənəsi “TV”lərdə şou göstərir” – Kəmalə Ağazadə 

162888

“1 həftə ərzində 2 imtina edilən uşaq aşkarlanıb. 6 yaşlı oğlan anası tərəfindən Sabunçuda polis bölmələrinin birinin qarşısına qoyularaq tərk edilib. Digər 7 yaşlı oğlan uşağı isə nənəsi tərəfindən Yasamal rayonu ərazisindəki parka qoyularaq tərk edilib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “facebook” hesabında yazıb. 

“6 yaşlı oğlanın anası məhkumdur, qolbaqda gəzir... Bəli gəzir və kimsə onu "tapa" bilmir... Digər 7 yaşlı oğlanın nənəsi “TV”lərdə şou göstərir və məlumata görə qızı ruhi xəstədir, amma maraqlı həyat tərzi sürür...”- deyə o əlavə edib. 
Kəmalə Ağazadə rəsmi qurumlara çağırış edərək həssas ailələr üçün bazanın yaradılmasının vacib olduğunu qeyd edib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO