Ərdoğan Tokayevə TOGG hədiyyə etdi - FOTO/VİDEO

Ərdoğan Tokayevə TOGG hədiyyə etdi - FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğan Tokayevə TOGG hədiyyə etdi - FOTO/VİDEO

162770

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə TOGG elektromobili hədiyyə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “TRT” kanalı məlumat yayıb. 

Bildirilib ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının X Zirvə Toplantısından sonra Türkiyəyə qayıtmaq üçün Nursultan Nazarbayev adına Hava Limanına gedib, burada Tokayevə TOGG təqdim edib. 

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib. 
  TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb. 
 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO