Tərtərdə 24 yaşlı şəxs minaya düşdü

Tərtərdə 24 yaşlı şəxs minaya düşdü

Hazırda oxunan: Tərtərdə 24 yaşlı şəxs minaya düşdü

162674

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Bəlli olub ki, mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO