Bakıda həmyerlisini öldürən çinlinin məhkəməsi BAŞLAYIR 

Bakıda həmyerlisini öldürən çinlinin məhkəməsi BAŞLAYIR 

Hazırda oxunan: Bakıda həmyerlisini öldürən çinlinin məhkəməsi BAŞLAYIR 

162641

Bakıda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın məhkəməsi başlayır. 

Bizim.Media report-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil. 

Qeyd edək ki, hadisə bu ilin iyulunda paytaxtın Nizami rayonunda baş verib. 

Belə ki, Çin vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1975-ci il təvəllüdlü Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirib. Hadisə nəticəsində zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Y.Tiangang təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO